Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır

 Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır
  12 Yanvar 2022    Oxunub:649
“Ermənistan və Azərbaycan sərhəddində yenidən insidentlərin və itkilərin olması ilə bağlı xəbərlərdən dərindən narahatlıq keçiririk”.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tvitterdə yazıb.

"Tərəflər arasında gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında müdafiə nazirlikləri arasında yaradılmış qaynar xəttdən tam istifadə edilməsi vacibdir. Avropa İttifaqı tərəflərlə işləməyə, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistana əlavə dəstək verməyə hazır olduğunu bir daha bildirir", - diplomat qeyd edib.

Qeyd edək ki, dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Pərvanə Sultanova
AzVision.az




Teqlər:   Sərhəd  





Xəbər lenti