Makronun arvadı ərinin xəyanətini üzə çıxarıb

   Makronun arvadı ərinin xəyanətini üzə çıxarıb
  12 Yanvar 2022    Oxunub:7119
Fransalı siyasi icmalçı Nikolya Priz Yelisey sarayındakı həyatın sirlərinə dair sənədli filmindən danışıb. Filmdə anonim bir şəxsin prezident Emmanuel Makronun həyat yoldaşına zəng edərək ona ərinin eşq macərası haqqında məlumat verməsi də yer alıb.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" Fransanın BFM telekanalında nümayiş etdirilən filmə istinadən yazıb.

Senator Fransua Patria belə bir zəngin olmasını təsdiqləyərək bildirib ki, dövlət başçısı da baş verənlərdən xeyli təsirlənib.

Patria Makrondan sitat gətirir: "Bunu eşidəndə kədərləndim və şok oldum, lakin biz irəliləməyə davam edəcəyik".

Eyni zamanda, nəşr qeyd edir ki, ölkənin birinci xanımının telefon nömrəsinin anonim şəxsə necə çatdırılması hələ də qaranlıq qalır. Bundan əlavə, məqalədə Makronun seçkilər ərəfəsində ölkədə ən çox danışılan mövzulardan biri olan keçmiş müəllimi Bridcetlə evliliyindən də bəhs edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Makron  



Xəbər lenti