"Sabahdan sülhməramlılar ölkəni tərk edəcəklər"- Tokayev

   "Sabahdan sülhməramlılar ölkəni tərk edəcəklər"-   Tokayev
  12 Yanvar 2022    Oxunub:987
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sülhməramlı Kontingenti sabahdan başlayaraq Qazaxıstanı tərk edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə istinad ediblər.
Tokayev həmçinin qeyd edib ki, KTMT-nin Qazaxıstandakı missiyasını uğurlu hesab edib.

"Mən müvafiq dövlətlərin rəhbərləri ilə danışıqlar aparmışam. Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində gördüyü işlərə görə kontingentin komandanlığına minnətdarlığımı bildirmək istəyirəm",-prezident Almatıda operativ qərargahın iclası zamanı deyib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaxıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir. Kasım-Jomart Tokayev yanvarın 11-də parlamentin aşağı palatasında çıxışı zamanı deyib ki, KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılmasına iki gündən sonra başlanacaq və bu proses 10 gün ərzində yekunlaşacaq.

Tural Tağıyev

AzVision.az



Teqlər: Sülhməramlılar   Qazaxıstan  





Xəbər lenti