ATƏT prezidentlərin görüşünü hazırlayır

ATƏT prezidentlərin görüşünü hazırlayır
  05 Aprel 2014    Oxunub:992
Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda görüşə bilər
ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı görüşünü hazırlayır. Bu barədə qurumun Rusiya, Fransa və ABŞ həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Moskva görüşündən sonra yaydıqları birgə bəyanatda məlumat verilib.

Sənədin müəllifləri Azərbaycan və Ermənistanın xarici siyasət rəhbərlərini “regionda gərginliyin azaldılması və sülh prosesinin davamı üçün ciddi addımlar atmağa çağırıblar.”

Qeyd edək ki, Azərbaycan prezidenti ilham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında ən son görüş 2013-cü ilin noyabrında Vyanada baş tutub.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti