Moskva NATO-dan yazılı cavab alacağına ümid edir

Moskva NATO-dan yazılı cavab alacağına ümid edir
  12 Yanvar 2022    Oxunub:708
"Moskva NATO-dan təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab alacağına ümid edir".
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya-NATO Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın təklifləri yazılı şəkildə təqdim edilib, onlar tamamilə başa düşüləndir və bir-biri ilə bağlıdır. Biz həmçinin NATO ölkələrindən irəli sürdüyümüz təkliflər barədə fikir bildirmələrini gözləyirik. Yaxud da onların niyə qəbuledilməz olduğunu izah etsinlər", - rusiyalı diplomat vurğulayıb.

AzVision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti