Ötən həftə koronavirusa yoluxmada rekord artım qeydə alınıb - ÜST

Ötən həftə  koronavirusa yoluxmada rekord artım qeydə alınıb -    ÜST
  12 Yanvar 2022    Oxunub:767
Ötən həftə ərzində (3-9 yanvar) "omikron" ştammının yayılması ilə əlaqədar dünya üzrə koronavirusa yoluxma hallarının sayında rekord artım qeydə alınıb.
AzVision.az xəbər vrir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Son bir həftə ərzində ÜST-yə dünya üzrə 15 milyondan çox yeni COVID-19 halı barədə məlumat daxil olub. İndiyə qədər bu, bir həftə ərzində qeydə alınmış ən yüksək göstəricidir", - baş direktor bildirib.

O qeyd edib ki, koronavirusa yoluxma hallarının kəskin şəkildə artmasına səbəb "omikron" ştammının yayılmasıdır.

ÜST-nin baş direktoru bir daha peyvənd olunmağın zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Afrikada əhalinin 85 faizindən çoxu hələ də peyvəndin ilk dozasını gözləyir. Dünyanın 90-a yaxın ölkəsi hələ də əhalisinin 40 faizini belə peyvənd etməyib, bu ölkələrin 36-sı isə əhalisinin 10 faizindən azını peyvənd edib.

AzVision.az



Teqlər: ÜST  



Xəbər lenti