Çinin “beynə nəzarət” silahını hazırlaması Avropa Parlamentini qorxudub

 Çinin “beynə nəzarət” silahını hazırlaması Avropa Parlamentini qorxudub
  13 Yanvar 2022    Oxunub:555
Mediada Çinin guya “beyinə nəzarət” silahını hazırlaması ilə bağlı xəbərlər Avropa Parlamentinin üzvlərinin narahatlığına səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə "Russia Today" Marko Kampomenozi və Stefaniya Çambellinin rəhbərlik etdiyi italiyalı siyasətçilərin Avropa Komissiyasına müraciətində qeyd edilib.

Sənəddə qeyd olunur ki, ABŞ Çinin Hərbi Tibb Akademiyasını, eləcə də akademiyanın 11 tədqiqat institutunu guya hərbi sənayedə "beyinə nəzarət" üçün silah hazırlamağa kömək etdiyinə görə ixracatçı kimi qara siyahıya salıb.

Avropa deputatlarının dediyi kimi, ÇXR höküməti "hərbi sahədə ən son biotexnoloji ixtiraların gələcək tətbiq üsullarını" hazırlayır. Bu kimi layihələrə siyasətçilər genlərin "redaktəsi"ni, insanın işləmək qabiliyyətinin artırılmasını, eləcə də neyrokompüter interfeyslərini aid ediblər.

İtaliyalı Avropa Parlamentinin üzvləri Avropa Komissiyasını Çinə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat paylaşmağa çağırış ediblər. Siyasətçilər həmçinin bu iddiaların bundan sonrakı araşdırmalarda təsdiqlənəcəyi təqdirdə Avropa Komissiyasının hər hansı cavab tədbiri görmək niyyətində olub-olmadığını soruşublar.

2021-ci ilin dekabrında məlum olub ki, ABŞ-ın ticarət nazirliyi Çin-dəki Hərbi Tibbi Araşdırmalar Akademiyasına qarşı sanksiyalar tətbiq edib. Gürcüstan, Malayziya və Türkiyədən olan bir sıra şirkətlər də ABŞ-ın sanksiyalarına düşüb.

İbrahim Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti