Suqovuşanda erməni hərbçinin cəsədi tapılıb

   Suqovuşanda erməni hərbçinin cəsədi tapılıb
  13 Yanvar 2022    Oxunub:972
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, hazırda Qarabağda müvəqqəti fəaliyyət göstərən Rusiyanın sülhməramlı missiyası Suqovuşan istiqamətində tapılan bir hərbçinin qalıqlarını Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə təhvil verib. Hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.

Ermənistan mediası 8 aydır itən hərbçini axtarır
Saytlar qeyd edir ki, müharibə yekunlaşandan sonra aparılan axtarışlar zamanı tapılan və ya təhvil verilən cəsədlərin sayı 1705-ə çatıb.
Qeyri rəsmi məlumatlara görə isə bu rəqəm daha çoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suqovuşan   Cəsəd   Erməni  



Xəbər lenti