Qazaxıstanda 4 əcnəbi saxlanılıb

Qazaxıstanda 4 əcnəbi saxlanılıb
  13 Yanvar 2022    Oxunub:773
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) Sərhəd Xidmətinin əməkdaşları Almatıdakı iğtişaşlarda iştirakda şübhəli bilinən 4 Mərkəzi Afrika Respublikasının vətəndaşını saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə MTK-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə iğtişaşlarda və Taldıkorqan şəhərinin polis şöbəsinə hücumda iştirakda şübhəli bilinən səkkiz nəfər saxlanılıb. Onlardan 4 nəfəri Almatı şəhərində iğtişaşlarda və qarətdə iştirak etdiyi ehtimal olunan Mərkəzi Afrika Respublikasının vətəndaşlarıdır.

Saxlanılan şəxslər polis bölmələrinə təhvil verilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti