Sərhəddəki hadisələrlə bağlı İrəvanda etiraz aksiyası keçirilib - VİDEO

Sərhəddəki hadisələrlə bağlı İrəvanda etiraz aksiyası keçirilib - VİDEO
  13 Yanvar 2022    Oxunub:1075
Azərbaycanla sərhəddə yaranmış gərginliyə görə Ermənistanda etiraz aksiyası keçirilib.Bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi və ictimai fəal İrəvanın sərhəd təxribatına görə hökumət binasının qarşısında toplaşıblar.
- İçində olduğumuz sistemlər, o cümlədən, rus sülhməramlılarının varlığı problemi həll etmir. Çünki nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), nə də Rusiyadan hansısa cavab ala bilirik,- hüquq müdafiəçisi Nina Karapetyan jurnalistlərə açıqlamasında deyib.


Hüquq müdafiəçisi hesab edir ki, bu təkrarlanan insidentlərdən, qarışıq vəziyyətdən qurtulmaq üçün yeni mexanizmlər yaratmağı yoxlamağın vaxtı çatıb.
- Məsələn, Avropa sülhməramlı qüvvələrini proseslərə cəlb etməklə problemi müzakirə etmək lazımdır,- Karapetyan açqılamasında bildirib.

Hüquq müdafiəçisi Zara Hovhannisyan isə deyib ki, iqtidar orduda islahat aparmaq istəmir.


Ermənistan mediası 8 aydır itən hərbçini axtarır
- Sərhəddə orduya yeni çağırılan əsgərlər olmamalıdır, dövlət bu qırğınların aradan qaldırmağın yollarını tapmalıdır. Bu hadisələr nə qədər davam edəcək? Qazaxıstana hərbçi yeritmək lazım olanda onlar tez bir zamanda uyğun yol tapırlar, xarici tələblərə tabe olurlar. İndi öz ölkələrini, vətəndaşın yaşamaq hüququnu qorumağın yolunu tapsınlar. Orduda böyük islahat aparmalı, qoşunları silahlandırmalıdırlar-, Hovhannisyan deyib.



Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Aksiya  







Xəbər lenti