Putinlə Tokayev arasında telefon danışığı olub

Putinlə Tokayev arasında telefon danışığı olub
  13 Yanvar 2022    Oxunub:741
Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər KTMT-yə üzv ölkələrin sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanmasını müzakirə ediblər.

Tokayev Vladimir Putinə ölkədə asayişin bərpasında Rusiyanın köməyinə və dəstəyinə görə minnətdarlığını bildirib.

Tokayev ölkədə qayda-qanunın bərpası ilə bağlı da Putinə məlumat verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan   Rusiya  





Xəbər lenti