Əfqanıstan prezident seçir- VIDEO

Əfqanıstan prezident seçir- VIDEO
  05 Aprel 2014    Oxunub:1095
Bu gün Əfqanıstanda prezidentlik kürsüsü uğrunda 8 namizəd mübarizə aparır.
Namizədlərdən Əşrəf Qəni, sabiq xaric işlər nazirləri Rəsul Zalmay və Abdulla Abdulla seçkilərin favoritləridir.

2001-cu ildə "Taliban" hərəkatının devrilməsindən sonra prezident seçilən hazırki prezident Həmid Kərzay isə, Əfqanıstan Konstitusiyasına uyğun olaraq, üçüncü müddətə namizədliyini irəli sürə bilməz.

Bu gün Əfqanıstanda həmçinin bələdiyyə seçkiləri də keçiriləcək.

Qeyd edək seçkilərlə bağlı ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. 400 minə yaxın polis və hərbçi səfərbər edilib.

S. Həsənova




Teqlər:  





Xəbər lenti