Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü barədə açıqlama

   Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü barədə açıqlama
  13 Yanvar 2022    Oxunub:1264
"Ermənistan dialoq nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını gözləyir”.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan iki ölkənin xüsusi nümayəndələrinin yanvarın 14-də planlaşdırılan görüşü barədə deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti ilkin şərtlər olmadan dialoqa başlamaq yanaşmasını dəstəkləyir.

Diplomat bildirib ki, xüsusi nümayəndələrin ilk görüşü tanışlıq xarakteri daşıyacaq: “Bir görüşdən mühüm nəticələr gözləmək çətindir, ancaq bu, prosesi işə salacaq”.

AzVision.az



Teqlər: Ermənistan-XİN  



Xəbər lenti