Ermənistanın müdafiə naziri Andrey Volkovla görüşüb

Ermənistanın müdafiə naziri Andrey Volkovla görüşüb
  13 Yanvar 2022    Oxunub:1186
Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri, general-mayor Andrey Volkovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad edən saytlar görüşdə Cənub Hərbi Dairəsinin rəis müavini general-leytenant Rüstəm Muradovun da iştirak etdiyini yazıblar.

Görüşdə tərəflər Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səylərini, eləcə də Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə ediblər.

Xatırladaq ki, dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Andrey Volkovu qəbul edb. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti