"Putin əksər siyasətçilərdən ağıllıdır"- Kennedinin köməkçisi
Onun fikrincə, Kremlin rəhbəri hakimiyyətə məhz Rusiyanın güclü liderə çox ehtiyacı olduğu məqamda gəlib. O, həmçinin qeyd edib ki, Putin görüş zamanı bir neçə dəfə Böyük Pyotra heyran olduğunu bildirib.
- 1988-ci ildən Kremldə qonaq olmamışam, amma mənə dedilər ki, Putin bir neçə konfrans zalında Böyük Pyotrun portretlərini asıb, - Malmqren deyib.
Analitik vurğulayıb ki, Rusiya prezidentində ilk baxışda görünməyən qeyri-adi bir şey var. Onun sözlərinə görə, Bayden, NATO və Ukrayna Putini yanlış anlayır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Putin







Vaxtında, Aydın, Lazımlı!


