Dünyada yoluxma sayı 315 milyonu ötdü

Dünyada yoluxma sayı 315 milyonu ötdü
  14 Yanvar 2022    Oxunub:1003
Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 315 milyonu, ölənlərin sayı isə 5,51 milyonu keçib.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Ümumilikdə 315 345 967 yoluxma, 5 510 174 ölüm qeydə alınıb. Sutkalıq yoluxma sayı isə 2 975 094, ölüm sayı 8 904 nəfər olub.

Yenə də yoluxma hallarının çoxu ABŞ-da qeydə alınıb - 62 126 362. Sonrakı yerlərdə Hindistan (36 317 927), Braziliya (22 629 40), Böyük Britaniya (14 862 142) və Fransa (12 604 364) qərarlaşıb. Ən çox ölüm sayı da ABŞ-da olub - 836 482. Növbəti yerləri Braziliya (620 238), Hindistan (485 035), Rusiya (319 172) və Meksika (300 574) bölüşür.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti