Şahin Mustafayev monteneqrolu həmkarı ilə görüşdü

Şahin Mustafayev monteneqrolu həmkarı ilə görüşdü
  05 Aprel 2014    Oxunub:1062
Azərbaycan və Monteneqronun böyük potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, görüşdə Azərbaycan və Monteneqro arasındakı əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazir Şahin Mustafayev siyasi, iqtisadi, humanitar sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın daha da genişlənməsində böyük rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimizin böyük potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Nazir Şahin Mustafayev bu baxımdan müntəzəm görüşlərin keçirilməsinin, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin, biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulamışdır. Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr, iqtisadiyyatın prioritet istiqamətləri barədə qonaqlara məlumat verən nazir paytaxt Bakı ilə yanaşı, ölkə regionlarının da sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Bakıda keçirilən “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək üçün Azərbaycana gəldiyini qeyd edən Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç Bakıya ilk səfərindən, ölkəmizin sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycandakı inkişafın ölkəsində maraq doğurduğunu və Monteneqronun əlaqələrin daha da inkişafında maraqlı olduğunu deyib.

Sonra qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən stendlərlə tanış olublar.


Teqlər:





Xəbər lenti