Nazarbayevin qardaşı oğlu vəzifəsində qalır

 Nazarbayevin qardaşı oğlu vəzifəsində qalır
  14 Yanvar 2022    Oxunub:1132
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin birinci müavini postunu tutmaqda davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan MTK-nın mətbuat xidməti məlumat yayıb.

“Daxil olan sorğularla əlaqədar olaraq bildiririk ki, Samat Abiş Qazaxıstan MTK-nın birinci müavini vəzifəsini tutmaqda davam edir. Hazırda o, məzuniyyətdədir”.

Bundan əvvəl KİV-lərdə prezident Kasım-Jomart Tokayevin yanvarın 5-də Samat Abişi vəzifəsindən azad etməsi barədə xəbər yayıb.

O, Nursultan Nazarbayevin kiçik qardaşı Satıbaldı Abişeviç Nazarbayevin oğludur. Əvvəllər Nazarbayev soyadını daşıyıb, Abiş babasının adıdır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti