Şimali Koreya Yapon dənizinə raket atıb

Şimali Koreya Yapon dənizinə raket atıb
  14 Yanvar 2022    Oxunub:981
Şimali Koreya Yapon dənizinə doğru naməlum raket buraxıb.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.

“Bloomberg” isə Yaponiyanın sahil mühafizəsinə istinadən Şimali Koreyanın ballistik raket buraxmış ola biləcəyini açıqlayıb.

"Şimali Koreya tərəfindən buraxılan raket yəqin ki, artıq dənizə düşüb hazırda onun yeri müəyyənləşdirilir", - Yaponiya sahil mühafizəsi bəyan edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Şimali-Koreya   Raket  



Xəbər lenti