Ermənistan, Tacikistan və Qırğızıstan sülhməramlıları Almatını tərk edib

Ermənistan, Tacikistan və Qırğızıstan sülhməramlıları Almatını tərk edib
  14 Yanvar 2022    Oxunub:938
Qazaxıstandakı iğtişaşlarla bağlı bu ölkədə yerləşdirilərdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı bölmələri daimi dislokasiya yerlərinə yola düşüblər.
AzVision.az xəbər verir ki, Rusiya mediası Ermənistandan olan sülhməramlıların da Rusiyaya məxsus üç “İl-76” hərbi təyyarəsi ilə Almatı aerodromundan yola çıxdığını yazıb.

Bundan başqa tacik hərbçilər də Qazaxıstanın hərbi məktəblərində təhsil alan kursantlarını götürərək təyyarə ilə yola düşüblər. Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı  



Xəbər lenti