"New York Times": "ABŞ Kiyevin NATO üzvü olmasına imkan verməyəcək"

      "New York Times":    "ABŞ Kiyevin NATO üzvü olmasına imkan verməyəcək"
  14 Yanvar 2022    Oxunub:1087
ABŞ-ın nüfuzlu "New York Times" qəzeti yaxın gələcəkdə NATO-nun Ukraynanı alyansa üzv olmasına imkan verməyəcəyini yazıb.
AzVision.az xəbər verir ki, məqalə müəllifinin iddiasına görə, hazırda üzv ölkələrin Avropa liderləri və ABŞ prezidenti Bayden belə bir addım atmağa hazır deyillər.

"Rusiya yazda Ukraynaya hücum edəcək" - The New York Times
- Bayden administrasiyası Moskvanın Ukraynanın NATO-ya üzv olmaq istəklərinə müdaxilə etməyə imkan verməyəcəyini israr etsə də, Vaşinqtonun keçmiş Sovet respublikasının alyansa daxil olmasına kömək etmək üçün qısamüddətli planları da yoxdur,-məqalədə yazılıb.

“The New York Times” onu da qeyd edib ki, Almaniya və Fransa kimi ölkələr də dəfələrlə Ukraynanın NATO-ya qəbuluna qarşı çıxıblar və buna görə də digər Avropa dövlətlərinin liderləri indi gözləmə mövqeyi tutub.

Xatırladaq ki, Moskva Ukraynanın NATO-ya daxil olması ehtimalını ABŞ və alyansla münasibətlərdə qəbuledilməz qırmızı xətlərdən biri kimi qiymətləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ukrayna  



Xəbər lenti