"ABŞ və müttəfiqləri Rusiyanın ətrafında hərbi plasdarm yaratmaq istəyirlər" - Lavrov

   "ABŞ və müttəfiqləri Rusiyanın ətrafında hərbi plasdarm yaratmaq istəyirlər" -    Lavrov
  14 Yanvar 2022    Oxunub:1184
"ABŞ və onların müttəfiqləri Rusiya Federasiyası ətrafında hərbi plasdarm yaratmaq istəyirlər".
AzVision.azxəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"ABŞ və müttəfiqlərinin mövqeyi ondan ibarətdir ki, onlar Avropada hökmranlıq etmək istəyirlər. Onlar Rusiya Federasiyasının ətrafında dayaqlar, hərbi plasdarm yaratmaq istəyirlər. Sərhədlərimiz ətrafında daim qıcıqlandırıcı hərəkətlər etməyə çalışırlar. 1999-cu ildə İstanbulda qəbul edilmiş Avropa Təhlükəsizliyi Xartiyasını oxuyun. Qərbin indi bəyan etdiyi və atdığı bütün addımlar o vaxt götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır”, - o vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Lavrov  



Xəbər lenti