Lavrov Türkiyə-Ermənistan dialoqundan danışıb

   Lavrov Türkiyə-Ermənistan dialoqundan danışıb
  14 Yanvar 2022    Oxunub:532
"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini dəstəkləyirik və bu səylərdə aktiv iştirak edirik".
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında deyib.

“Bu, Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına, mövcud siyasi problemlərin daha aktiv həll olunmasına kömək edir”, - XİN başçısı vurğulayıb.

O xatırladıb ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrini təyin edib: "Biz çox şadıq ki, bu gün ilk görüş Moskvada keçirilir. Ümid edirəm ki, görüş uğurlu olacaq".

AzVision.az



Teqlər: Lavrov  





Xəbər lenti