"Şuşa Bəyannaməsi əlaqələrimizin zirvəsi oldu" - Səfir

"Şuşa Bəyannaməsi əlaqələrimizin zirvəsi oldu" -    Səfir
  14 Yanvar 2022    Oxunub:1079
"Türkiyə tarix boyu azərbaycanlı qardaşlarına dəstək olmağa çalışıb".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Xarici İşlər Nazirliyində təşkil olunan fotosərgidə deyib.

“Çanaqqala döyüşündə azərbaycanlı qardaşlarımız bizə kömək edib, fədakarlıq göstəriblər. Nuru Paşa da Azərbaycanın çətin anlarında qardaşlarımızın köməyinə gəlib. Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi. Biz bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birimizin yanındayıq. Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin zirvəsi oldu. Münasibətlərimizin inkişafı getdikcə dərinləşməkdədir. Biz birlikdə bir çox layihələrə imza atmışıq və bunu davam etdirəcəyik”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti