"Görüş müsbət atmosferdə keçdi" - Ermənistan XİN

"Görüş müsbət atmosferdə keçdi" -    Ermənistan XİN
  14 Yanvar 2022    Oxunub:287
Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada reallaşan ilk görüşü barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda Ruben Rubinyanla Serdar Kılıç arasında baş tutan görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi vurğulanır.

"Xüsusi nümayəndələrin ilk görüşü konstruktiv atmosferdə keçib" - XİN
- Xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında münasibətlərin dialoq yolu ilə normallaşma prosesinə dair ilkin fikir mübadiləsi aparıblar. Tərəflər tam normallaşma üçün ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər, - yerli media XİN-ə istinadən yazıb.

Qeyd edilir ki, növbəti danışıqların tarixi və yeri diplomatik kanallar vasitəsilə müəyyənləşəcək.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Görüş   Türkiyə   Ermənistan  







Xəbər lenti