"ABŞ və NATO Rusiya ilə dialoqa hazırdır" - Blinken

"ABŞ və NATO Rusiya ilə dialoqa hazırdır" -    Blinken
  15 Yanvar 2022    Oxunub:728
“ABŞ və NATO Rusiya ilə bundan sonra da dialoqa hazırdır”. AzVision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"Bu həftə NATO-Rusiya Şurasından sonra Alyansın baş katibi Yens Stoltenberqlə danışmaqdan məmnun oldum. ABŞ və NATO həmrəydir və Rusiya ilə qarşılıqlı şəkiıdə dialoqu davam etdirməyə hazırdır", - Blinken tvitterdə yazıb.

Bazar ertəsi Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair dialoqun yeni raundu keçiriblər. Daha sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası olub. Ardınca ATƏT çərçivəsində Vyana saytında məsləhətləşmələr aparılıb. Bu müzakirələrdə əsas diqqət Ukrayna böhranının kəskinləşməsi fonunda Rusiya tərəfinin ötən ilin sonunda ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik təklifləri olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti