Hərbçini öldürən 9 nəfər ölüm hökmü aldı
Qeyd edilir ki, Tunis Birinci İnstansiya Məhkəməsinin Terror Cinayətləri ilə Mübarizə üzrə Cinayət Palatası cümə günü Milli Ordunun baş serjantı Səid əl-Qəzlaninin qətli işi üzrə doqquz müttəhimə ölüm hökmü çıxarıb. Bundan başqa, daha 15 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2016-cı ilin noyabrında Kasserin əyalətində Əl-Qəzlaninin evinə girən bir qrup silahlı onu öldürmüşdü.
Tural Tağıyev
AzVision.az
Teqlər: Tunis Ölüm-Hökmü







Vaxtında, Aydın, Lazımlı!


