Eks prezident azadlıqdan məhrum edilib
Ş.Deyli Qırğızıstanın Ceruy qızıl yatağının işlənməsi lisenziyasının sahibi olan “Oxus Gold” (Böyük Britaniya) şirkətinin Bişkekdəki təmsilçisi olub. Lakin Qırğızıstan hökuməti yatağı daha əlverişli şərtlər təklif edən Avstriyanın “Global G.O L.D. Holding Gmbh” şirkəti ilə işlətmək barədə saziş imzalayıb. İstintaqın versiyasına görə, Kurmanbek Bakiyev məsələnin ictimailəşməməsi üçün Qırğızıstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan qardaşı Janıbek Bakiyevə, oğlanları Maksim və Marata Ş.Deylini aradan götürmək barədə göstəriş verib. 7 iyul 2006-cı ildə bir neçə güllə yarası alan Ş.Deyli sağ qalıb və tezliklə Qırğızıstanı tərk edib.
Artıq bu faktla bağlı Maksim Bakiyev və Janıbek Bakiyev ömürlük, Marat Bakiyev isə 20 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2005-2010-cu illərdə Qırğızıstan prezidenti olan Kurmanbek Bakiyev hakimiyyətdən devrildikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ona Minskdə sığınacaq verib. Rəsmi Bişkekin tələblərinə baxmayaraq, Minsk sabiq prezidenti təhvil verməkdən imtina edir.
Teqlər: