Şeyxə hicab çağırışı

Şeyxə hicab çağırışı
  03 Aprel 2013    Oxunub:1650
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) ADNA-da hicablı tələbələrin dərsə buraxılmaması ilə bağlı bağlı bəyanat qəbul edib
AzVision.az-a daxil olan məlumata görə, bu barədə DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bəyanat yayıb.

DEVAMM-a daxil olan xəbərə görə, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 10-a yaxın hicablı tələbə dərsə buraxılmayıb. Məlumata görə, bu, universitet rəhbərliyinin tapşırığı əsasındadır. Öz əməllərinin izahı kimi, ADNA-nın nizamnaməsində göstərilən hansısa məhdudiyyətlərə işarə edilir.

"ADNA-da baş verənlər – insan haqlarının kobud surətdə pozulmasıdır. Tələbənin hicablı olmasına görə dərsə buraxılmaması - qüvvədə olan qanunvericiliyə daban-dabana zidd hərəkətdir. DEVAMM olaraq bu hüquq pozuntusunu kəskin pisləyirik. Vətəndaşların həm dini etiqad azadlığı, həm təhsil hüququ pozulur, onlara qarşı diskriminasiya davranışı sərgilənir. Ölkə Konstitusiyasının 48-ci maddəsi, Azərbaycanın qoşulduğu "Mülki və Siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 18-ci maddəsi ilə dini etiqad azadlığı, o cümlədən, dini etiqada uyğun zahiri görkəmə malik olmaq hüququ birmənalı olaraq təsbit edilir.
Heç bir nizamnamə və digər daxili sənəd ölkə Konstitusiyasını pozan müddəaları təsbir edə bilməz. Biz ADNA rəhbərliyini bu qanun pozuntusunu təcili aradan qaldırmağa, tələbələrnin hüquqlarını təxirəsalınmaz olaraq, bərpa etməyə çağırırıq.

Biz əlaqədar qurumlara müraciətlə, hicablı tələbələrin hüquqlarını bərpa etmək çağırışı edirik.

DEVAMM olaraq, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, eləcə də, rəsmi dini qurum statusu daşıyan Qafqaz Müsəlmanlar İdarəsinin sədrinə məsələyə müdaxilə etməklə bağlı, hicablı tələbələrin hüquqlarını bərpa etmək yönündə təcili addımlar atmaqla bağlı çağırış edirik".

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti