Rusiyalı general Azərbaycana gəlir

Rusiyalı general Azərbaycana gəlir
  06 Aprel 2014    Oxunub:2055
Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

AzVision.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.

Qeyd edək ki, aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi də planlaşdırılır.


Teqlər:





Xəbər lenti