Almatıda iğtişaşlarda 149 mülki vətəndaş, 11 təhlükəsizlik işçisi ölüb

   Almatıda iğtişaşlarda 149 mülki vətəndaş, 11 təhlükəsizlik işçisi ölüb
  16 Yanvar 2022    Oxunub:664
Almatıda iğtişaşlar zamanı 149 mülki şəxs və 11 təhlükəsizlik işçisi həlak olub. AzVision.az xəbər verir ki, bu barədə şəhərin polis idarəsinin rəisi Kanat Taymerdenov bildirib.
Şəhər prokuroru isə bildirib ki, iğtişaşlardan sonra hüquq-mühafizə orqanları 405 cinayət işi açıb. 249 nəfər məhkəmənin sanksiyası ilə həbs edilib. Onun sözlərinə görə, iğtişaşçılar 1 347 silah oğurlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti