İtaliyada aktiv viruslu xəstələrin sayı 2,5 milyonu ötüb

İtaliyada aktiv viruslu xəstələrin sayı 2,5 milyonu ötüb
  17 Yanvar 2022    Oxunub:573
İtaliyada aktiv koronavirus xəstələrinin sayı 2 548 857 nəfərə yüksəlib.
AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyi ötən gün ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının 149 512 nəfər artaraq ümumilikdə 8 706 915-ə yüksəldiyini açıqlayıb. Koronavirus qurbanlarının sayı isə 248 nəfər artaraq 141 104-ə çatıb.

Reanimasiya şöbəsində olan xəstələrin sayı 1691 nəfərdir. Virusdan sağalanların sayı isə 79 207 nəfər artaraq 6 016 954 olub. İndiyədək ölkə əhalisinə ümumilikdə 119 840 779 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 86,78 faizdir.

AzVision.az


Teqlər: COVİD-19  



Xəbər lenti