Ermənistanda merin oğlu siyasi sifarişlə həbs edilib

  Ermənistanda merin oğlu siyasi sifarişlə həbs edilib
  17 Yanvar 2022    Oxunub:1158
Ermənistanda məmur övladı həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, merin oğlu polislərə zor tətbiq edib.

- Dünən gecə yarısı Ararat və Vayots Dzor vilayətlərinin Ümumi Yurisdiksiya Məhkəməsi Urtsadzor meri Rafik Andreasyanın oğlu David Andreasyanın həbs edilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, dünən İstintaq Komitəsi David Andreasyanın saxlandığını elan etmişdi. David Andreasyan polis əməkdaşlarına qarşı zorakılıq törətmək iddiasına görə həbs edilib.

Bunu hakimiyyətin 27 martda gözlənilən yeni seçkilərdə merin fəaliyyətini "cilovlamağa" çalışmaq cəhdi kimi də qiymətləndirənlər var. İqtidar ataya nəzarət etmək üçün onun oğlunu beləcə “girov” saxlayacaq-, məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Həbs   Ermənistan  





Xəbər lenti