Tokayev Nazarbayevin qardaşı oğlunu vəzifəsindən çıxardı

   Tokayev Nazarbayevin qardaşı oğlunu vəzifəsindən çıxardı
  17 Yanvar 2022    Oxunub:1013
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin birinci müavini vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

“Dövlət başçısının sərəncamı ilə Abiş Samat Satıbaldıul Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib”, - Tokayevin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl onun vəzifədən kənarlaşdırıldığı barədə xəbərlər yayılsa da, MTK bunu təkzib edib və S.Abişin hazırda məzuniyyətdə olduğunu açıqlayıb.

O, Nursultan Nazarbayevin kiçik qardaşı Satıbaldı Abişeviç Nazarbayevin oğludur. Əvvəllər Nazarbayev soyadını daşıyıb, Abiş babasının adıdır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti