Poroşenko Ukraynaya qayıdır

Poroşenko Ukraynaya qayıdır
  17 Yanvar 2022    Oxunub:1208
Ukraynanın eks-prezidenti Pyotr Poroşenko bazar ertəsi Varşava hava limanına gəlib, ordan isə Kiyevə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

O, hava limanında jurnalistlərə bildirib ki, Kiyevdə həbs olunmaqdan qorxmur.

"Həqiqət mənimlədir. Ukrayna xalqı mənim tərəfimdədir. Həbsimə hazırlaşmamışam”, - siyasətçi əlavə edib.

Sabiq dövlət başçısı "Wizz Air" reysi üçün əvvəlcədən qeydiyyatdan keçib və hava limanına çatdıqdan dərhal sonra təhlükəsizlik nəzarəti zonasına gedib.

Poroşenkonun sözlərinə görə, sərhədçilər onu ölkəyə buraxmamağa çalışıblar.

Bundan əvvəl Poroşenko yanvarın 17-də Varşava reysi ilə Kiyevə gələcəyini bildirib. Həmin gün Kiyevin Peçerski Rayon Məhkəməsinin iclası təyin edilib və onun həbsi ilə bağlı vəsatətə baxılacaq. Həmin məhkəmə yanvarın 6-da eks-prezidentin əmlakına həbs qoyub. Poroşenko bu iclasda iştirak etmək niyyətində olduğunu təsdiqləyib, lakin heç bir hüquqi əsas olmadığı üçün həbs olunmayacağına əmin olduğunu bildirib. O hesab edir ki, həbsi baş verərsə, bu, ilk növbədə Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskiyə zərər verəcək.

Keçmiş prezidentin adı 2014-2015-ci illərdə Donbassdan kömür tədarükü ilə bağlı cinayət işində keçir. Bu iş Ukrayna Cinayət Məcəlləsinin “Terrorçuluğun maliyyələşdirilməsi”, “Dövlətə xəyanət” və “Terror təşkilatı yaratmaq” maddələri ilə üzrə aparılır. Poroşenkonu əmlakı müsadirə olunmaqla 15 ilə qədər həbs cəzası gözləyir. 2021-ci ilin dekabrında müstəntiqlər ona çağırış vərəqəsi verməyə çalışsalar da, eks-prezident onlara məhəl qoymayıb və elə həmin gün Türkiyəyə uçub. Poroşenkonun partiyası onun əvvəlcən Türkiyəyə, sonra Polşaya diplomatik turla getdiyini açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Ukrayna  





Xəbər lenti