“The New York Times”: "Moskva ABŞ sahillərində nüvə raketləri yerləşdirə bilər" |
- Rusiyanın Kubada hərbi varlığı ABŞ-a daha çox təzyiq göstərəcək. Çünki bu, nüvə silahının Kuba ərazisinə sürətlə çatdırılması imkanlarını açacaq. Belə vəziyyət Amerika qitəsi üçün ciddi təhlükədir,- "Military Watch"ın analitikləri yazıb.
Ekspertlər qeyd edirlər ki, Rusiyanın Kubaya yenidən qayıtması ABŞ üçün əsl başağrısı ola bilər.
- Əgər Moskva ora öz hərbi kosmik qüvvələrini yerləşdirsə, onda Rusiya Federasiyası cəmi bir neçə saat ərzində bütün Amerika ərazisinə sarsıdıcı zərbə vura biləcək. Buna görə də, Rusiya ordusunun Kubada görünməsi Moskvaya NATO-nun qarşısını daha effektiv şəkildə dayandırmağa kömək edəcək,- Military Watch yazıb.
Tural Tağıyev
AzVision.az