Yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.