Pekində ofis işçilərlə birgə karantinə alınıb

   Pekində ofis işçilərlə birgə karantinə alınıb
  17 Yanvar 2022    Oxunub:738
Pekinin qərbində işçilərdən birinin “omikron” ştamı üçün götürülən analiz nümunələri müsbət olduğu üçün ofis işçilərlə birgə karantinə alınıb.
AzVision.az “CNN”ə istinadən xəbər verir ki, işçilər üçün binaya yataq dəstləri gətirilib. Bayırda nümunələrin analiz ediləcəyi çadırlar qurulub. Bütün ofis işçilərindən “omikron” üçün mütləq analiz nümunələri götürüləcək.

Qeyd edək ki, ötən ilin dekabrın 13-də Çində “omikron” ştamına ilk yoluxma halı Pekindən 150 km aralıda yerləşən Tyantszin şəhərində qeydə alınıb. Yoluxmuş şəxs ölkəyə dekabrın 9-da xaricdən gəlib.

Çin “Omikron” ştamının sürətlə yayılmasına baxmayaraq, Pekində Qış Olimpiya Oyunlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib.XXIV Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində, Paralimpiya oyunları isə martın 4-dən 13-dək keçiriləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti