Avropa İttifaqı Rusiya ilə dialoqda maraqlıdır

Avropa İttifaqı Rusiya ilə dialoqda maraqlıdır
  17 Yanvar 2022    Oxunub:704
Avropa İttifaqı ilə Rusiya arasında təhlükəsizlik və strateji sabitlik üzrə dialoqun davam etdirilməsinə ehtiyac var.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Fransanın Rusiyadakı səfiri Pyer Levi bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Rusiya arasında təhlükəsizlik və strateji sabitlik məsələləri üzrə dialoq davam etdirməlidir.

1 yanvardan etibarən Fransa 6 ay müddətində Avropa İttifaqına rəhbərlik edəcək. Fransanın Aİ-yə rəhbərliyi çox çətin dövrə təsadüf edir. Rəsmi Parisin qarşısında duran əsas məsələ İttifaqın pandemiya nəticəsində əhəmiyyətli dərəcədə zəifləmiş iqtisadiyyatını dirçəltməkdir. Qeyd edək ki, üzv dövlətlərin hər biri 13 ildə bir dəfə 6 ay ərzində Avropa İttifaqına rəhbərlik edir.

AzVision.az


Teqlər: Avropa   Rusiya  





Xəbər lenti