Baş nazir peyğəmbərlə bağlı sözlərinə görə Putinə təşəkkür edib

Baş nazir peyğəmbərlə bağlı sözlərinə görə Putinə təşəkkür edib
  17 Yanvar 2022    Oxunub:429
Pakistanın baş naziri İmran Xan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında müsəlmanların onun Məhəmməd peyğəmbər haqqında söylədiyi sözləri dəstəklədiyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“İmran Xan Rusiya prezidentinin dekabrın 23-də illik mətbuat konfransında ifadə azadlığı bəhanəsi ilə bu və ya digər dini, milli və ya sosial qrupun ləyaqətini alçaltmaq kimi hər hansı hərəkətin yolverilməzliyi ilə bağlı bəyanatına Pakistan cəmiyyətində və bütövlükdə müsəlman dünyasında geniş dəstək verildiyini vurğulayıb", - açıqlamada deyilir.

Kreml əlavə edib ki, Putin bu kontekstdə Rusiyanın tarixən müxtəlif dinlərə, o cümlədən İslama mənsub xalqların ənənəvi olaraq birgə yaşadığı və qarşılıqlı əlaqədə olduğu çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu xatırladıb.

Liderlər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Vladimir Putin illik mətbuat konfransında bildirib ki, Məhəmməd peyğəmbəri təhqir etmək din azadlığının və İslamı qəbul edən insanların müqəddəs hisslərinin pozulmasıdır.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Putin  







Xəbər lenti