Əfqanıstanda zəlzələ olub

Əfqanıstanda zəlzələ olub
  17 Yanvar 2022    Oxunub:688
Əfqanıstanda 5,6 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtla 11.40-da qeydə alınıb. Zəlzələnin episentri Əfqanıstanın Bağdis əyalətinin mərkəzi Qalai-Nau şəhərindən 40 kilometr şərqdə, Heratdan 141 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti