BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırdı

BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırdı
  17 Yanvar 2022    Oxunub:687
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünyanı növbəti pandemiyaya hazırlaşmağa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nüfuzunu gücləndirməyə çağırıb.
AzVision.az RİA Novostiyə istinadən xəbər verir ki, o, həmçinin dünya dövlətlərini mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa səsləyib.

A.Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, bu ilin ortasında isə 70 faizini peyvənd etməli olduğu strategiyanı açıqlayıb. "Biz bu məqsədlərdən uzağıq. Bu, utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindəkindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var", - deyə BMT-nin Baş katibi bildirib.

O qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi üçün peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin, müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.

AzVision.az


Teqlər: BMT  





Xəbər lenti