Ərəb koalisiyası Yəməni bombalayıb, ölənlər var

Ərəb koalisiyası Yəməni bombalayıb, ölənlər var
  18 Yanvar 2022    Oxunub:442
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.
AzVision.az "Əl-Məsirə" telekanalına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələr endirmək üçün istifadə edilən iki ballistik raket buraxılış qurğusu F-15 qırıcı bombardmançılar tərəfindən məhv edilib.

Hava zərbəsi nəticəsində 23 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir. Xatırladaq ki, ötən gün Yəməndəki husilər BƏƏ ərazisinə raketlər və dronlarla hücum ediblər. Hücumlar sırasında 3 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

AzVision.az


Teqlər: Yəmən  





Xəbər lenti