Almatıda saxlanılanların sayı 2,7 min nəfəri ötüb

Almatıda saxlanılanların sayı 2,7 min nəfəri ötüb
  18 Yanvar 2022    Oxunub:763
Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 748 nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Qeyd edək ki yanvarın 17-də 2 601 nəfərin saxlanıldığı bildirilirdi.

“Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 748 iştirakçısı saxlanılıb. Ümumilikdə 131 odlu silah və 4 179 döyüş sursatı götürülüb”, - şəhər komendaturasının mətbuat xidmətinin məlumatında vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti