Ermənistanda virusdan ölənlərin sayı 8 022-ni keçib

Ermənistanda virusdan ölənlərin sayı 8 022-ni keçib
  18 Yanvar 2022    Oxunub:594
Ermənistanda son sutka ərzində daha 360 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 348 145 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 022-ə yüksəlib. Aktiv xəstələrin sayı 4 891 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1516 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti