Ruslar Türkiyədən kütləvi şəkildə mənzil alırlar

Ruslar Türkiyədən kütləvi şəkildə mənzil alırlar
  18 Yanvar 2022    Oxunub:532
Ötən il ruslar Türkiyədə təxminən 5,4 min mənzil alıblar. AzVision.az xəbər verir ki, bu barədə RBK Türkiyə Statistika İnstitutuna istinadən məlumat yayıb.
Qeyd edilir ki, bu, 2020-ci illə müqayisədə 75 faiz çoxdur.

- Ruslar bu ölkədə mənzil alan əcnəbilər arasında üçüncü yerdədirlər. Bu istiqamətdə daha çox əməliyyatlar İraq və İran vətəndaşları tərəfindən aparılır. Statistika onlarla bağlı 10 və 8,7 min obyekti göstərir. “Tolerance” daşınmaz əmlak agentliyinin direktoru Sergey Volçenkovun sözlərinə görə, ruslar ötən ilin sonunda türk lirəsinin əhəmiyyətli dərəcədə zəifləməsindən istifadə ediblər. Onların bazarda ən böyük aktivliyi noyabr və dekabr aylarına təsadüf edir. Ekspert Türkiyə seçimini həm də onun turistik cəlbediciliyi ilə əlaqələndirib. Bununla yanaşı, investisiya vətəndaşlığının alınması proqramı da var. Antalya və Alanya kurortları mənzil almaq üçün əsas bölgələrə çevrilib və burada Mersin də populyarlıq qazanır,-nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti