Valensa Putini mühakimə etməyə çağırır
O, “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib. O, bəyan edib ki, Krımdakı əməllərinə görə Putini mütləq Haaqa tribunalında və ya digər beynəlxalq məhkəmədə mühakimə etmək lazımdır.
Krımın Rusiyaya ilhaq edilməsi ilə razılaşıb-razılaşmadığı haqqında suala cavab olaraq, “Mən gözləyirəm ki, nə vaxt dünya Putinə kişi kimi cavab verəcək. İndi hər kəs hansısa kombinasiyalardan istifadə edir”,- deyə Valensa qeyd edib.
Onun sözlərinə görə, dünya Ukraynanın parçalanmasını qəbul etməməlidir və bunun yerinə birləşməlidir ki, bu da Putini 21-ci əsrə layiq davranış seçməyə məcbur edəcək.
Teqlər: