İsrailli politoloq Yakob Kedmi xarici işlər naziri Sergey Lavrovun Rusiyanın səbrinin bitməsi ilə bağlı xəbərdarlığını Qərbə ciddi siqnal kimi qiymətləndirib. Onun sözlərinə görə Lavrovun bu sözləri ABŞ və NATO-nu danışıqlar masasına oturmağa məcbur edib. Ekspert qeyd edib ki, son vaxtlar Qərb ölkələrinin polemikasında ton xeyli dəyişib. Onlar getdikcə daha çox Moskva ilə dialoqun tərəfdarı olublar.
- Lavrovun dediyi sözlər çox ciddi məsələlərdir. O sadə bir ifadə dedi: “Səbrimiz bitdi”. Bu danışıqlarda Rusiya heç kimi təhdid etməyib,- politoloq Rusiya mediasına açıqlamasında deyib.
Kedmi vurğulayıb ki, Moskvanın sonsuz səbri yoxdur. Buna görə də Rusiya diplomatiyası açıq şəkildə bəyan etdi ki, heç kim davamlı olaraq Qərbdən vədlər gözləmək niyyətində deyil. Politoloqun sözlərinə görə, məhz Rusiyanın sayəsində Qərblə təhlükəsizliklə bağlı danışıqlara başlamaq mümkün olub.
Tural Tağıyev
AzVision.az