Qış olimpiadası Azərbaycanda yayımlanmayacaq

Qış olimpiadası Azərbaycanda yayımlanmayacaq
  18 Yanvar 2022    Oxunub:922
Azərbaycanda ilk dəfə Qış Olimpiya Oyunları canlı yayımlanmayacaq.
AzVision.az -ın məlumatına görə, Çinin paytaxtı Pekində keçiriləcək olimpiadanı heç bir telekanal ekranlara gətirməyəcək.

Daha əvvəl Pxençxan-2018 "İdman TV"də, Soçi-2014 və Vankuver-2010 "İctimai TV"də yayımlanıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

AzVision.az



Teqlər: Olimpiya  





Xəbər lenti