Koronavirus beyinə altsheymer xəstəliyindən daha çox ziyan vurur

Koronavirus beyinə altsheymer xəstəliyindən daha çox ziyan vurur
  18 Yanvar 2022    Oxunub:550
COVID-19-un beyinə altsheymer xəstəliyindən daha çox zərər verdiyi məlum olub
AzVision.az "Daily Mail"ə istinadən xəbər verir ki, altsheymer xəstəliyi ilə mübarizə aparan assosiasiyasının tədqiqatçıları xəstəxanaya yerləşdirilən və xəstəliyi ağır keçirənlərin ən çox risk altında olduğunu qeyd ediblər. Onların fikrincə, yaddaş pozğunluğu və psixi funksiyaların əlamətləri xəstədə kifayət qədər uzun müddət qala bilir.

Mütəxəssislər COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilmədən əvvəl koqnitiv geriləmə və ya demensiya əlamətləri olmayan, beyni zədələnən yaşlı xəstələri üzərində müşahidə aparıblar. Məlum olub ki, infeksiyaya yoluxan şəxslərdə beyin zədələnməsi altsheymer xəstəliyi olanlardan xeyli yüksək olub. Alimlər xəstəxanada koronavirusdan ölənlərin göstəricilərinin evə buraxılanlardan daha yüksək olduğunu qeyd ediblər.

Bundan əvvəl Lids Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, gündəlik emal edilmiş ət istifadəsi demensiyanın inkişaf riskini 44% artırır. Tədqiqatçılar tərəfindən 40-69 yaş arası təxminən yarım milyon insanın sağlamlığı və genetik xüsusiyyətləri haqqında məlumatların yer aldığı məlumat bazasını təhlil ediblər.

İbrahim Məmmədov
AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti